Cənubi Koreyada gəmilərin toqquşması nəticəsində 13 nəfər ölüb

3-12-2017, 11:47           

Sarı dənizdə Cənubi Koreya bayrağı altında hərəkət edən balıqçı gəmisinin tankerlə toqquşması nəticəsində 13 nəfər ölüb.

Trend-in "Yonhap" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə yerli vaxtla 06:12-də baş verib. Balıqçı gəmisində hadisə zamanı 20 sərnişin və iki ekipaj üzvü olub. Qeyd olunur ki, iki nəfər itkin düşüb.

Hadisə yerinə 4 helikopter və 14 gəmi cəlb olunub, xilasetmə əməliyyatları aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.