Rusiyada evdə yanğın olub, 5 uşaq ölüb

3-12-2017, 12:08           
Rusiyada evdə yanğın olub, 5 uşaq ölüb
Bu gün səhər saat 07.15 radələrində Rusiyada 3 mənzilli yaşayış evində yanğın olub, 5 uşaq ölüb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Novosibirsk vilayətinin İskitimsk rayonunun Stepnoy qəsəbəsində 3 mənzilli yaşayış evində yanğın baş verib.

Mənzillərdən birinin sahibi yanıq qoxusunu hiss edib, küçəyə çıxıb. Ancaq bu zaman qonşuluqdakı mənzili alovun bürüdüyünü görüb, yanğınsöndürənlərə zəng açıb, yatmış qonşularını oyatmağa çalışıb. Yanan mənzilin sahibi xilas olsa da, mənzildə qalan 5 uşaq ölüb. Bir müddət öncə anaları vəfat edən uşaqlar ataları ilə yaşayırlarmış.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.