Torontoda insanlara bıçaqla hücum olunub: 5 yaralı
3-12-2017, 12:26
Kanadanın Toronto şəhərində naməlum şəxslər bıçaqla insanlara hücum ediblər.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hücum nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Hücum edən şəxslərin axtarışı üzrə əməliyyat aparılır.