Daha 2 nəfər həlak oldu - İranda son durum

1-01-2018, 14:07           

İranda keçirilən etirazlarda daha 2 nəfər həyatını itirib və bununla aksiyalarda ölənlərin sayı 4-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın İLHA agentliyi məlumat yayıb.

Qeyd edək ki, ilk dəfə aksiyalardan danışan İran prezidenti Həsən Ruhani bildirib ki, hökumətə etiraz və onu tənqid etmək iranlıların hüququdur: "Etirazlar İran İslam Respublikasında vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxarmalıdır. Şiddət və ictimai yerlərə ziyan vurmaq tənqid deyil. Hökumət vanadallıq edən və ətrafa zərər vuran qruplara tolerant yanaşmayacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru