Polşanın baş naziri: "Varşava qaçqınları qəbul etməyəcək"

2-01-2018, 09:44           
Polşanın baş naziri: "Varşava qaçqınları qəbul etməyəcək"
Polşanın baş naziri Mateuş Moraveçkiy bildirib ki, onun ölkəsi Yaxın Şərqdən və Şimali Afrikadan olan qaçqınları qəbul etməyəcək.

"Report" xəbər verir ki, bu barədə o, "TVP Info" telekanalının efirində bildirib.

"Biz "Hüquq və Ədalət"in (Polşanın hakim partiyası - red) hələ 2015-ci ilin seçkilərinə qədər formalaşdırdığı dəyişilməz mövqeyində qalırıq. Polşa Yaxın Şərqdən və Şimali Afrikadan miqrantları qəbul etməyəcəyik. Bu, bizim suveren qərarımızdır", - deyə siyasətçi bildirib.

O, vurğulayıb ki, Polşa Ukrayna miqrantlarının öz ərazisində qəbul edərək, Avropa Birliyinin şərq sərhədlərindəki gərginliyi aradan qaldırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru