Yunanıstanda ardıcıl dörd zəlzələ baş verib - YENİLƏNİB

2-01-2018, 10:32           
Yunanıstanda ardıcıl dörd zəlzələ baş verib - YENİLƏNİB
Yunanıstanın şimalında, Makedoniya ilə sərhəddə 3,6 bal gücündə baş verib.



APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.



Yerli vaxtı ilə saat 04:09-də qeydə alınan yeraltı təkanların episentri Drosaton yaşayış məntəqəsindən 7 km şimal-şərqdə, Makedoniyanın paytaxtı Skopyedən 145 km cənub-şərqdə yerləşib.



Bundan əvvəl yanvarın 2-ə keçən gecə eyni ərazidə 4,1, 3,5 və 3,0 bal gücündə üç zəlzələ qeydə alınıb.



Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.



***



02:30



Yunanıstanda 4,1 bal gücündə zəlzələ baş verib.



APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.



Yeraltı təkanların episentri Drosaton yaşayış məntəqəsindən 7 km şimal-şərqdə, ocağı isə 2 km dərinlikdə yerləşib.



Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru