İranda etirazçılar polisi öldürüb

2-01-2018, 11:57           

İranda etirazçılarla hökumət qüvvələri atasında şiddətli toqquşmalar davam edir. Bu günə qədər etirazçılar arasında ölənlər haqqında xəbərlər gəlirdisə, artıq polis işçilərinin də bu aqibətlə üzləşdiyinı məlumat yayılıb.
Röyters agentliyinin yadığı xəbərdə polislərlə etirazçıların toqquşmasında bir polisin həlak olduğu, 3 polis əməkdaşının yaralandığı bildirilir.Röyters məlumatı həmin polislərin xidmət etdiyi idarənin mətbuat katibindən aldığını deyib.
Polisin nümayəndəsi hadisənin Nəcəfabad şəhərində baş verdiyini etiraf edib. Onun dediyinə görə etirazçılardan biri ov tüfəngi ilə polislərə atəş açıb və nəticədə bir polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.
siam.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru