Livanda "Hizbullah"a qarşı vuruşan sələfi lider həbs edildi

15-08-2015, 23:50           
Livanda "Hizbullah"a qarşı vuruşan sələfi lider həbs edildi
Livan polisi sələfi lider Əhməd əl Əsiri həbs edib.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2013-cü ilin iyununda ölkənin cənubunda "Hizbullah"la vuruşan Əhməd əl Əsir bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən axtarılırdı.

Suriya savaşı başlayan zaman Bəşər Əsəd tərəfində döyüşən "Hizbullah"ı tənqid etməsi ilə tanınan əl-Əsirə qarşı silahlı hücumlar başlamışdı. Bu səbəbdən də ölkənin cənubunda "Hizbullah"la döyüşə girmişdi. Sonradan bu savaşa Livan ordusu da qoşulmuşdu. İki günlük ağır döyüşlərdən sonra, Livan ordusunun 18 əsgəri öldürülmüşdü.

Ölkənin cənubunda gizlənən Əhməd əl Əsir və onun tərəfdarı olan 53 nəfər barəsində Livan prokurorları edam qərarının çıxarılması haqda tələb irəli sürüblər.

Bu arada Suriyada Əsəd rejiminə qarşı vuruşan Nüsrət Cəbhəsi Livan hökumətinə ultimatum verərək, Əhməd əl Əsirin 8 saat müddətinə azad edilməsini tələb edib Nüsrət cəbhəsinin yaydığı bəyanatda bildirilir ki, Livan hökuməti Əhməd əl Əsiri azad etməsə Suriyanın Kalamun şəhərində əsir götürülmüş livanlı əsgərlər öldürüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru