MOLDOVA PREZİDENTİNİN HAKİMİYYƏTDƏN UZAQLAŞDIRILMASININ ƏSL SƏBƏBLƏRİ - KARTLAR AÇILIR
3-01-2018, 17:27

"Moldova Konstitusiya Məhkəməsinin prezident İqor Dodonu hakimiyyətdən müvəqqəti uzaqlaşdırması bu ölkədə siyasi elita arasındakı mübarizənin növbəti mərhələsidir”
Bu barədə "Sherg.az” Qərbi Kaspi Universitetinin Tətbiqi Politoloqiya Mərkəzinin eksperti, gənc politoloq Ağa Zeynalov bildirib. Onun qənaətincə, məlum hadisə "Moldovada unikal situasiya yaranıb:
"Prezident rusiyapərəst, baş nazir və parlamentdəki çoxluq isə qərbpərəstdir. Mübarizə də bu iki qütb və iki fərqli baxış arasında gedir. Prezident İqor Dodon bu mübarizədə mövqelərini itirir. İqor Dodonun müvəqqəti vəzifəsindən azad olunması, baş nazir və nazir müavinlərinin seçilməsinin rəddindən sonra baş verib.
Bu da onu göstərir ki, baş nazirin mövqeləri daha güclüdür və baş nazir postuna,nazir muavinlərinin postuna namizədlərin seçilməsində prezident iştirak etməyəcək. Buradan bir sual çıxır, niyə məhz bu seçkilərdə, prezident və baş nazir arasında mübarizə başlayıb? Fikrimcə, prezident öz istədiyi ruspərəst hakimiyyəti formalaşdırmağ istəməsidir. Qərbpərəst baş nazir isə vəziyyətdən istifadə edərək, deputatlarla birgə,
Moldovanın Konstitusiya Məhkəməsinə müraciət edərək, prezidenti müvəqqəti hakimiyyətdən uzağlaşdırmağa nail olub. Bu da baş nazirə, qərbpərəst hakimiyyətini gücləndirməyə və bu siyasəti davam etdirməyə imkan verir”.
Məlumat üçün bildirək ki, yanvarın 2-də Moldova Konstitusiya Məhkəməsi ölkə prezidenti İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb. Qərar hakim partiyanı təmsil edən bir qrup deputatın sorğusu əsasında qəbul edilib. Qərarın verilməsinə səbəb, baş nazirin 5 nazir və 2 baş nazir müavini postuna təklif etdiyi namizədləri İ.Dodonun təsdiqləməkdən imtina etməsi olub. Moldova qanunvericiliyinə əsasən, prezident namizədləri təsdiqləməkdən yalnız bir dəfə imtina edə bilər. Məlumata görə, prezidentin səlahiyyətləri müvəqqəti olaraq parlament sədrinə həvalə olunub. Yaxın günlərdə onun yeni nazirləri təyin edəcəyi gözlənilir. Parlament sədrinin təyinatları imzalamayacağı təqdirdə bunu, qanunvericiliyə əsasən, baş nazir etməli olacaq. Qeyd edək ki, dekabrın 28-də bir qrup deputat Konstitusiya Məhkəməsinə müraciət edərək prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırmağı tələb edib.