Yanvarın 4-də Nyu-Yorkda bütün məktəblər bağlı olacaq.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu şəhərin meri Bill De Blazio deyib.
Qərar şəhərdə gözlənilən hava şəraiti ilə bağlı qəbul edilib: "Biz gecə saatlarında boranın başlayacağını, səhər isə pik saatlarda güclü qarın yağacağını gözləyirik."