Şimali Koreyada tragikomedi - Öz raketi öz şəhərini vurdu

4-01-2018, 11:05           
Şimali Koreyada tragikomedi - Öz raketi öz şəhərini vurdu
Şimali Koreyanın 29 aprel 2017-ci ildə keçirdiyi ballistik raket sınağı uğursuzluqla başa çatıbmış.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın “Diplomat” jurnalı yayıb. Jurnalın iddiasına görə, sınağı uğursuzluqla başa çatan raket Xvason-12 olub. Belə ki, bu raket buraxıldıqdan sonra Tokçxon şəhərinə düşüb. Nəticədə şəhərin sənaye və kənd təsərüffatı sahəsinə ciddi ziyan dəyib.

Raketin cəmi 70 kilometr məsafə uçduqdan sonra yerə düşdüyü bildirilib. Jurnal insident nəticəsində nə qədər insanın öldüyünü açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru