7 təyyarənin vurulması ilə bağlı Rusiyadan AÇIQLAMA (YENİLƏNDİ)

4-01-2018, 13:11           

Suriyada “Hmeymim” aviabazasına hücum nəticəsində iki hərbçi həlak olub.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 31 dekabr 2017-ci ildə “Hmeymim” aviabazasına silahlı qrup hücum edib: “Nəticədə iki hərbçi ölüb. Hazırda hücumda iştirak edən şəxslər Suriya təhlükəsizlik orqanları tərəfindən axtarılır”.

Rusiya Müdafiə Nazirliyi “Hmeymim”ə hücum nəticəsində 7 təyyarənin məhv edildiyi xəbərini təkzib edib.

***

Dekabrın 31-də Suriyada terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə yeni məlumat yayılıb.

“Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir.

Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etməyib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bazanın atəşə tutulduğu bildirilmişdi. (apa)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.