Nobel mükafatçısı etirazçılara səsləndi - "...küçədə qalmaq və tələb irəli sürmək hər bir vətəndaşın qanunu hüququdur."

4-01-2018, 19:06           
Nobel mükafatçısı etirazçılara səsləndi - "...küçədə qalmaq və tələb irəli sürmək hər bir vətəndaşın qanunu hüququdur."
"İranlılar antihökümət nümayişlərini davam etdirməli, referendumun keçirilməsini tələb etməli, hökümətə iqtisadi təzyiqlər göstərməlidir".

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bunu iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadi yerli qəzetlərdən birinə müsahibəsində deyib.

Şirin Ebadinin fikrincə, küçədə qalmaq və tələb irəli sürmək hər bir vətəndaşın qanunu hüququdur. Hüquq müdafiəçisi dinc nümayişlər tərəfdarı kimi çıxış edərək zorakılığa "yox" deyib.

Ebadi həmvətənlərini vergi verməkdən - su, qaz və elektrik enerjisinə görə kommunal ödənişlərdən imtinaya səsləyib.

O, deyib ki, 38 il əvvəl də bu hadisələr yaşandı, hakimiyyət xalqı eşitmək istəmədi və inqilab oldu.

Ebadi polisi və İnqilabi Keşikçilər Ordusunun əsgərlərini öz qardaşlarının qanını tökməməyə çağırıb.

Xatırladaq ki, Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə alıb. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru