Bu ölkədə abort qadağan edilir - Qadınlar küçəyə axışdı

5-01-2018, 00:03           

Braziliya Xalq Məclisi Komissiyası abortun bütün hallarda qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

teref.az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna etiraz edən minlərlə qadın və onları dəstəkləyən kişilər aksiya keçiriblər.

Məclisdə müzakirələr zamanı isə qanun layihəsinin əlehyinə olanlar təcavüz nəticəsində hamilə qalanlara abort üçün icazə verilməsini tələb ediblər.

Yeni qanun layihəsinin yaxın zamanlarda səsverməyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Braziliyada hər il 6 minə yaxın qadın abort etdirir. Hazırda qanun qadının və ya cəninin həyatı təhlükədə olduğu, həmçinin təcavüz nəticəsində baş verən hamiləliyin sonlandırılmasına icazə verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru