ADT Venesuelaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb

5-01-2018, 08:36           
ADT Venesuelaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb
Amerika Dövlətləri Təşkilatının (ADT) baş katibi Luis Almaqro bildirib ki, Venesuela hökumətinə qarşı daha sərt sanksiyalar tətbiq etmək lazımdır.

"Report" xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.

"Diplomatik yol, hansı ki qalmaqdadır, bu, sanksiya yoludur. Mən hesab edirəm ki, sanksiyalar hər dəfə daha da sərt olmalıdır ki, Venesuela rejimi şəffaf seçki prosesi təşkil etsin və zəmanət versin", - deyə "El Nacional" ondan sitat gətirib.

O, həmçinin əlavə edib ki, respublikanın demokratikləşməsi naminə ölkə hakimiyyəti ilə danışıqlar aparmaq lazımdır.

Ötən ilin noyabrında Vaşinqton Venesuelaya qarşı sanksiyaları genişləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru