Yaponiyada bir xəstəxana gecə növbəsində robotlardan istifadə edəcək - FOTO

6-01-2018, 00:43           

Yaponiyanın Nagoya şəhərində xəstəxana gecə növbəsində robotların xidmətindən istifadə etməyə hazırlaşır.

Kolgemedia.az bildirir ki, Nagoya Universitet Xəsətəxanasında 4 robot artıq gecə növbətində işləməyə başlayacaq. “Toyota” firmasının xəstəxana üçün özəl olaraq hazırladığı robotlar fevral ayından xidmətə veriləcək.

Robotların xəstəxanadakı xidmətləri isə xəstələrə gecə dərmanlarını vermək, tibb bacılarına ləvazimatların daşınmasında və çatdırılmasında kömək etmək olacaq. Xəstəxanadakı mərtəbələr arasında da hərəkət edə bilən robotların axşam saat 5-dən səhər saat 8-ə kimi xidmət göstərmələri planlaşdırılır.

Robotların hər biri 90 litr həcmə malik dolaba sahibdir. İnsanlarla qarşılaşdıqları zaman nəzakətlə “Keçə bilərəmmi?” və ya “İcazənizlə...” kimi sözlərlə icazə istəyirlər.

Bununla robotların xəstəxanadakı iş yükünü azaldacaqları və yaşanan problemlərin aradan qaldırılması gözlənilir. Bir il ərzində xəstəxanada robotların xidmətindən istifadə davam edəcək. Əgər layihə fayda verərsə, “Toyota” ilə daha uzun müddətli müqavilə imzalanacaq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.