8 YAŞLI QIZLA EVLƏNDİ VƏ TOY GECƏSİ QIZ ÖLDÜ – FOTO

6-01-2018, 00:58           
8 YAŞLI QIZLA EVLƏNDİ VƏ TOY GECƏSİ QIZ ÖLDÜ – FOTO
8 yaşlı gəlin toyun səhərisi gün vəfat edib. Onun ölümünə səbəb isə toy gecəsi cinsi akt zamanı aldığı zədələr olub.

teref.az ölkə.az-a istinadən bildirir ki, insan hüquqlarını qoruyan təşkilatlar gəlindən yaşca 5 dəfə böyük olan bəyi həbs etməyi tələb edir. Livan qəzetləri hadisənin Yəmənin şimali-qərbində, Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hard əyalətində baş verdiyini yazır. Bu məsələ dünya ictimaiyyətinin diqqətini yenə də Yaxın Şərq regionunda erkən nikahlar mövzusuna cəlb edib.

BMT-nin hesabatlarına görə, 2011-2020-ci illər arasında 140 milyon qız uşağı erkən nikaha daxil olacaq. Bundan başqa, 140 milyon qızdan 50 milyonunun yaşı 15-dən aşağı olacaq.

Yəməndə qızların 25%-i 15 yaşına çatmamış ərə verilir. Onlar normal tibbi xidmət və təhsildən məhrum edilirlər. Bundan əlavə, nikaha daxil olan körpələr fiziki və mənəvi zorakılığa məruz qalırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru