ABŞ Milli Təhlükəsizlik Agentliyinin direktoru istefaya gedir

6-01-2018, 10:38           

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru admiral Maykl Rocers istefaya gedir.

Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzetinin Twitter hesabında deyilir.

Məlumata əsasən, MTA-nın direktoru əməkdaşlarına yazda vəzifəsini tərk edəcəyini elan edib. Gözlənilir ki, MTA-nın yeni rəhbəri artıq bu ay prezident Donald Tramp tərəfindən təyin olunacaq. Onun namizədliyi ABŞ Senatı Tərəfindən təsdiq edilməlidir.

Qeyd edək ki, Maykl Rocers MTA-nın direktoru vəzifəsinə 2014-cü ildə ABŞ-ın sabiq prezidenti Barak Obama tərəfindən təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru