Qaçqınlara ayrılan 125 milyon dollar donduruldu

6-01-2018, 10:46           

ABŞ Administrasiyası BMT-nin Fələstin qaçqınlarına yardım və işlərin təşkili üçün Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan 125 milyon dolları dondurub.

“Report” xəbər verir ki, bu barədə cümə günü diplomatik mənbələrə istinadən "Axios" informasiya portalı məlumat yayıb.

Bildirilir ki, bu məbləğ ABŞ-ın UNRWA-ya köçürdüyü illik haqqın üçdə birini təşkil edir. Vaşinqton pulları hələ yanvarın 1-də köçürməli idi. Portalın məlumatına görə, bu vəsait ABŞ Administrasiyası Fələstinə yardım göstərilməsi haqqında məsələnin nəzərdən keçirilməsinin yekunlaşdırmayınca, dondurulacaq.

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp İsrail ilə sülh danışıqları aparmaq istəməməsi səbəbindən Fələstinə maliyyə yardımını dayandırmağı təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru