Rusiyanın Donbasdan çıxacağı vaxt AÇIQLANDI

8-01-2018, 13:58           

“Rusiya prezidenti Vladimir Putinə Qərbin təzyiqinin gücləndirilməsi və bu ölkədə keçiriləcək seçkilərdən sonra, Rusiyanın Donbasdan çıxarılması üçün əlverişli an yarana bilər”.

teref.az publika.az-a istinadən xəbər verir ki, bunu “The Atlantic Council” nəşri üçün yazdığı məqaləsində NATO-nun baş katibinin keçmiş birinci müavini Aleksandr Verşbou bildirib.

“Qonşu ölkənin ərazilərinin işğalına görə artan maliyyə və siyasi təzyiq prezident seçkilərindən sonra Putin tərəfindən qiymətləndirilə bilər. Qərbin təzyiqinin artması, Ukraynaya ölümcül silahların çatdırılması, həmçinin yeni sanksiyaların tətbiqi üzrə təhlükələr Putini inandıra bilər ki, vaxt Rusiya üçün işləmir və Donbasdan geri çəkilməlidir. Bu anda isə BMT-nin güclü sülh missiyası lazım olacaq”, - o yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru