Bu körpü fizikanın bütün qanunlarını alt-üst edir - FOTOLAR

28-01-2018, 19:16           

Texnologiya inkişaf etdikcə, yer üzündə inşa edilən nəhəng və təəccüblü binaların, yolların, körpülərin sayı artır. Mühəndislərin dahi fikirlərinin nəticəsi olaraq, ərsəyə gələn unikal nümunələrdən biri də 2002-ci ildə inşa edilən Niderlandın materik hissəsi ilə süni Flevoland adasını birləşdirən bu körpüdür.

Körpünün layihəsi üzərində müxtəlif müzakirələr gedib. İdeya ondan ibarət idi ki, körpü həm sualtı, həm də yerüstü nəqliyyatın hərəkətini bərabər şəkildə ləngimədən təmin edə bilsin. Valehedici qərar qəbul olundu. Məşhur "Su körpüsü" layihəsi həyata keçirildi. Layihədə piyadaları da unutmayan mühəndislər onların rahat və təhlükəsiz şəkildə hətəkəti üçün körpünün kənarlarında xüsusi səkilər qoyublar.

Bu gün 3 metr dərinlikdə olan körpüdən gün ərzində 28 mindən çox avtomobil keçir. Qayıqlar isə körpünün üstündəki sularda təhlükəsiz şəkildə hərəkət edir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru