ABŞ-dən Ukraynaya 50 milyardlıq yeni yardım təklifi – “Yeddilik Qrupu”na müraciət edilib

4-05-2024, 16:38           
ABŞ-dən Ukraynaya 50 milyardlıq yeni yardım təklifi –
Birləşmiş Ştatlar “Yeddilik Qrupu” (G7) tərəfdaşlarına Ukraynaya 50 milyard dollar məbləğində əlavə yardım ayrmağı təklif edib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.

ABŞ-nin təklifinə görə, xərclər əsasən Avropada faizlər yığılan edən dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək.

ABŞ Maliyyə Nazirliyi və Ağ Evin Milli Təhlükəsizlik Şurası ideyanı şərh etməkdən imtina edib. Bununla belə, ABŞ-nin maliyyə naziri Canet Yellen oxşar müzakirələrin aparıldığını təsdiqləyib.

“İdeal olaraq, biz istərdik ki, bu işdə təkcə ABŞ deyil, bütün “Yeddilik” Qrupu iştirak etsin”, - o, “Bloomberg”-ə bildirib.

Agentliyin mənbələrinə görə, ABŞ artıq iyun ayında “Yeddilik” liderlərinin görüşündə bununla bağlı saziş bağlamaqda israrlıdır.

“Bloomberg” yazır ki, Avropa ölkələrinin əksəriyyəti Rusiyanın dondurulmuş aktivlərinin birbaşa müsadirə edilməsinə qarşıdır. Çünki bu addımın avronun sabitliyinə xələl gətirəcəyinə və Rusiyanı qisas addımlarına təhrik edəcəyinə inanırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru