Konfrans Liqasının oyununda azarkeşin həyatını xilas edən xanımın kimliyi bəlli oldu - FOTO

4-05-2024, 16:14           
Konfrans Liqasının oyununda azarkeşin həyatını xilas edən xanımın kimliyi bəlli oldu - FOTO
Konfrans Liqasının “Aston Villa” - “Olimpiakos” görüşündə azarkeşi xilas edən xanımın kimliyi bəlli olub.

Məlumata görə, görüşün ilk hissəsi başa çatdıqdan sonra yaranan fasilə zamanı ingiltərəli azarkeşlərdən birinin vəziyyəti ağırlaşıb. Stadionda oyunu izləyənlər arasında olan xanım həmin azarkeşə ilkin yardım göstərərək onun həyatını xilas edib.

Araşdırmalar nəticəsində yardım göstərən xanımın “East Midlands Ambulance” servisində xidmət göstərən Haydi Elliott olduğu üzə çıxıb.


“Aston Villa”nın azarkeşləri sosial şəbəkələrdə bu xanımın şəkillərini paylaşaraq klubdan oyunlara ömür boyu pulsuz girmək haqqı verilməsini tələb ediblər.

Qeyd edək ki, vəziyyəti ağırlaşan şəxsin atası özünün “X” sosial şəbəkə hesabında xanımla görüşmək istədiyini bildirib.

Mənbə: kontraspor.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru