Hoteldən çılpaq və kəsiklər içində çıxan Britni Spirs pərəstişkarlarını qorxutdu - FOTO

4-05-2024, 17:04           
Hoteldən çılpaq və kəsiklər içində çıxan Britni Spirs pərəstişkarlarını qorxutdu - FOTO
Britni Spirs yenidən qalmaqalın mərkəzindədir. Belə ki, ulduz yeni sevgilisi Pol Solislə Los-Ancelesdə dəbdə olan “Chateau Marmont” hotelində dava etdikdən sonra təcili yardımla aparılıb.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Görüntülərdə onun, demək olar ki, çılpaq olduğu, sadəcə adyal və yastıqla örtündüyü görünüb. Şahidlərin sözlərinə görə, onda kəsik yaraları olub. Açıq-aşkar qeyri-adekvat görünən ulduzun nə baş verdiyini anlamaqda çətinlik çəkdiyi də gözdən yayınmayıb.

Daha sonra hadisənin təfərrüatı məlum olub. Qonaqların dediyinə görə, Britni və sevgilisi otaqlarında içki içdikdən sonra mübahisə etməyə başlayıblar. Müğənni bərkdən qışqırıb, daha sonra hotel işçilərini və digər qonaqları təhdid etməyə başlayıb. Ona görə də, polis çağırılıb. Lakin asayiş keşikçiləri Britninin təhlükədə olmadığına və başqalarına zərər verə bilməyəcəyinə əmin olaraq çıxıb gediblər. Spirs xəstəxanaya yerləşdirilməkdən imtina edib, müayinədən sonra evinə yollanıb.



Mənbə: “Selebriti” “Telegram” kanalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.