“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ

4-05-2024, 16:24           
“Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?” - ETİRAZ
“Bir-birindən gözəl təhsil ocaqlarımız var. Orada o qədər gözəl səslər var ki. Onlar dinlənilir, qəbul olunur və oxuyurlar. İmtahanlardan, müsabiqələrdən uğurla keçirlər. Amma efirlərdə estrada yox, toyda oxunan nəğmələr təbliğ olunur. Reytinq xatirinə mədəniyyətimizi məhv edə bilmərik. Olmaz! Bu üstünlük təşkil edr. Efirlər hər bir tamaşaçını evinə qonaq gedir. Verilişlərdə dedi-qodu həddindən artıq çoxdur. Gedirsən ki, musiqi çələngi təqdim etməyə, dedi-qodular musiqini üstələyir. Nədir-nədir efirlər baxımlı olsun”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Gülyaz Məmmədova deyib. O daha sonra əlavə edib.
”Yersiz sualları heç kim sevmir. Siz elə bilirsiniz ki, hər aparıcıda səviyyə, sanbal var? Yaxşıları da var. Mən hələ görməmişəm ki, donlar dedi-qodu ilə özlərinə xal qazansınlar. Hamı kənardan hər şeyi yaxşı görür. Olub keçmiş bir şeyi efirlərdə qəfil sənə deyəndə əlbəttə ki, bu heç kimə xoş olmaz. 1 il, 2 il keçir, eyni söhbəti fırladıb gətirib deyirlər ki, filankəs bunu demişdi necə baxırsan?! Bunu qabartmağın mənası nədir axı? Biz hara gedirik belə? Niyə edirlər bunu? Dövlətimiz görün nə gözəl şərait yaradır, amma televiziyalarımız bunu başqa cür başa düşürlər. Musiqimiz də təmizlənməlidir. Kimin nə ağırlığda maşını, villası, qızılı varsa efirdə soruşurlar. O qədər ac, çörək tapmayan insanlar var ki.. Bunları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki? Bunu təbliğ etmək nəyə lazımdır ki?” deyə xalq artisti bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.