Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
4-05-2024, 17:34
Estoniya parlamentinin deputatı Yaak Madison cinsi təcavüzdə ittiham olunur.
Məlumata görə, zərərçəkmiş qadının müvafiq ifadəsi Belçika polisinə göndərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün təfərrüatını araşdırırlar.
Qeyd edək ki, Madison Estoniyanın Mühafizəkar Xalq Partiyasının, 2019-cu ildən isə Avropa Parlamentinin üzvüdür. Mənbə: Gazeta.ru