Türklər Azərbaycanda Sasani ordusunu belə məhv etdi....- Miflər və reallıq

4-05-2024, 16:08           
Türklər Azərbaycanda Sasani ordusunu belə məhv etdi....- Miflər və reallıq
Təəssüf ki,hələ də dərsliklərimizdə "Azərbaycanın Sasanilər tərkibində olması" haqqında naftalin qoxuyan rus-sovet və kəsrəviçi fikirlər qalmaqda davam edir.
ƏSLİNDƏ İSƏ ...
629 – cu ilin yayında Türk xaqanı Albaniyadan qərbdə yerləşən əraziləri fəth etmək üçün Çarpan Tarxanın başçılığı altında bölgəyə 3 minlik qüvvə yeritdi.
Qədim türk yurdu olan Azərbaycan, xüsusilə də onun şimal hissəsi türklərin “Ön Asiyanı fəth etmək yolunda istinadgahı” çevrilmişdi. Bu işdə albanlarla xəzərlərin etnik mənşələrinin eyni olması, türklərin artıq Cənubi Qafqazda sayca üstünlük qazanmaları da xüsusi əhəmiyyət daşıyırdı.Yoxsa bu dövrdə Sasani sarayında faktiki hakimiyyəti ələ keçirmiş Şəhrvarazın Qonaqna adlı sərkərdənin başçılığı altında Cənubi Qafqaza yeritdiyi türklərdən ibarət 10 minlik seçmə ordusuna qarşı, Ziveil Yabqu cəmi 3 minlik ordu göndərməzdi. Lovğa Şəhrvaraz Qonaqnanı Cənubi Qafqazdakı türklər üzərinə göndərərkən ona “qılıncını heç qınından çıxartmamağı, onları atlarının nalları altında çığnamağı” məsləhət görmüşdü. Gögəm (Göyçə) gölü ətrafında 10 minlik Sasani ordusuna qarşı ənənəvi Türk taktikası yeridən Çarpan Tarxan düşmənləri pusquya salaraq məhv etdi. M.Kalankatlının yazdığına görə türklər düşmənlərinin atlarının quyruqlarını və yalmanlarını qırxmaqla bu atları yük eşşəyinin gününə saldılar
Kərəm Hətəmoğlu Məmmədli
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.