Həbs olunan şahzadə bu vəziyyətə düşdü - FOTO

30-01-2018, 12:02           
Həbs olunan şahzadə bu vəziyyətə düşdü - FOTO
Bir müddət əvvəl paytaxt Ər Riyaddakı “Ritz Karlton” otelində girov saxlanılan Səudiyyə Ərəbistanı şahzadələrindən Valid bin Təlalın yeni görüntüləri ortaya çıxıb.

Axar.az xəbər verir ki, görüntülər İngiltərənin “Deyli Meyl” qəzeti tərəfindən təqdim olunub. Qəzetin iddiasına görə, oteldən çıxarılan şahzadə hazırda ev həbsində saxlanılır.

6 milyard dollar qarşılığında azad edildiyi bildirilən şahzadənin ölkədən çıxışına qadağa qoyulub.

Səudiyyə hökumətinə yaxın bir şəxsin veriyi açıqlamaya görə, şahzadə yaxından izlənilir və ona heç bir halda sərbəstlik verilmir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi bin Təlal çirkli pulların yuyulması, rüşvət və dövlət malını talamada ittiham olunurdu. Onun 17 milyard dollarlıq sərvətinin olduğu bildirilir.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.