Polis taksi sürücüsünü öldürdü, xalq küçələrə axışdı — Binalar dağıdılır, polis məntəqələri yandırılır

20-02-2018, 01:12           
Polis taksi sürücüsünü öldürdü, xalq küçələrə axışdı — Binalar dağıdılır, polis məntəqələri yandırılır
Qərbi Afrika ölkəsi Kot-d'İvuarda bir moto-taksi sürücüsünün polis tərəfindən öldürülməsindən sonra küçələrə axışan xalq yerli icra orqanının binasını dağıdıb, bəzi polis məntəqələrini yandırıb.
“Ölkə.Az” yerli mediaya istinadən xəbər verir ki, ölkənin qərbindəki Blolequin şəhərində moto-taksi sürücüsü polislərlə mübahisə edib. Nəticədə polislərdən biri ona atəş açıb və sürücü oradaca ölüb.

Bu hadisədən hiddətlənən xalq, sürücünü öldürən polisi linç edərək qətlə yetirib. Yollarda barrikadalar qurulub, avtomobil şinləri yandırılıb. Kütlə daha sonra yerli icra nümayəndəliyinin binasını dağıtmaqla bərabər, bir neçə polis məntəqəsini də yandırıb.
Təhlükəsizlik qüvvələri əhalini güclə sakitləşdirib. Hadisənin şahidləri isə polislərin sürücüdən rüşvət istədiyini, mübahisənin də bundan sonra başladığını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru