Dubayda çəkilən bu görüntülər hər kəsi heyrətləndirir: Əmir...

18-03-2018, 18:12           

Fotolardan birində əmirin "Mercedes Benz G-class" markalı Dubai No 1 nömrəli avtomobilinə çox möhkəm kabelin bağlandığı görünür
Dubay əmiri (BƏƏ-nin vitse-prezidenti və baş naziri) şeyx Məhəmməd ben Rəşid əl-Maktum maşınları səhrada batmış əcnəbilərə kömək edib. O öz avtomobili ilə quma batmış maşını dartaraq səhradan çıxarıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, turist qadın Hanna Karen Arroyo Twitter-də Dubay əmiri ilə fotolar yerləşdirib və şəkillər BƏƏ mediasında dərc olunub.

"Dostlarım və mən Dubay səhrasında batmışdıq və şeyx Məhəmməd ben Rəşid tərəfindən xilas olunduq" — o oz Twitter-ində yazıb.

Fotolardan birində əmirin "Mercedes Benz G-class" markalı Dubai No 1 nömrəli avtomobilinə çox möhkəm kabelin bağlandığı görünür. Digər şəkildə turistlər xilas edildikdən sonra əmirlə bir yerdədirlər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru