Rusiya German Marshall Fondunu “arzuolunmaz” elan edir

22-03-2018, 10:29           
Rusiya German Marshall Fondunu “arzuolunmaz” elan edir
Rusiyanın Ədliyyə Nazirliyi Birləşmiş Ştatların German Marshall Fondunu (GMF) ölkədəki fəaliyyəti “arzuolunmaz” sayılan təşkilatlar siyahısına salıb.

Nazirlik açıqlamanı martın 21-də verib, ABŞ-da mənzillənən, Rusiyada ofisi, yaxud əməkdaşı olmayan bu fondun niyə siyahıya salınmasının detallarını açıqlamayıb.

GMF “bu elanla bağlı rəsmi bildiriş almadığını” bildirib.

“GMF demokratiya, insan haqları və hüququn aliliyini dəstəkləyən transatlantik münasibətlərin möhkəmləndirilməsi yönündə fəaliyyətini davam etdirəcək”, – qurum bildirib.

Prezident Vladimir Putin-in 2005-ci ildə imzaladığı qanuna görə, hökumət xarici və beynəlxalq qrupları “arzuolunmaz təşkilatlar” adlandıra bilər.

Tənqidçilər bu qanunvericiliyin hədəfinin ölkədə demokratik qurumların irəliləməsini əngəlləmək olduğunu deyirlər.

Ədliyyə Nazirliyinin siyahısında hazırda 14 “arzuolunmaz” təşkilat var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru