Belçikada təcili iclas: Rus diplomat ölkədən qovuldu

28-03-2018, 00:02           

Belçikanın Nazirlər Kabineti Skripal olayı ilə bağlı Böyük Britaniya ilə həmrəylik nümayiş etdirərək bir rusiyalı diplomatın ölkədən göndərilməsi ilə bağlı qərar qəbul edib.

teref.az xəbər verir ki, bu barədə RİA məlumat verib.

“Elə indicə məlum oldu ki, Brüsseldən bir rusiyalı diplomat göndəriləcək”, – deyə bildirilib.

Məsələ ilə bağlı Belçikada baş nazir, xarici işlər naziri və təhlükəsizlik qüvvələrinin rəhbərinin iştirakı ilə təcili iclas baş tutub.

Qeyd edək ki, ötən gündən başlayaraq, artıq 24 ölkə, o cümlədən NATO (7 diplomat) rus diplomatların ölkədən çıxması barədə qərar verib. /axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru