Şimali Koreya və Çin liderləri görüş keçirib 28-03-2018, 08:22 Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş keçirib.Trend-in verdiyi xəbərə görə, Çinin rəsmi KİV-ləri məlumat yayıb.Görüşün Kim Çen Inin Çinə qeyri-rəsmi səfəri çərçivəsində baş tutduğu bildirilir.Məlumata əsasən, səfər zamanı Kim Çen Inı həyat yoldaşı müşayiət edib. Facebook-da paylaş