Rusiyanın məxfi peykləri hərəkətə keçdi

28-03-2018, 09:00           
Rusiyanın məxfi peykləri hərəkətə keçdi
Məxfi kosmik aparat Kosmos-2521 son üç ay ərzində faktiki olaraq hərəkətsiz qalmış Kosmos-2519-la müqayisədə manevr etməyə başlayıb.

Oxu.az xəbər verir ki, Rusiyanın məxfi peyklərinin trekinqini britaniyalı ekspert Fillip Klark araşdırıb.

Ekspertin dediyinə görə, Kosmos-2521 martın ortalarından etibarən tədricən Kosmos-2519-dan uzaqlaşmağa başlayıb. Trekinqə əsasən, kosmik aparatlar arasında olan məsafə bir həftə ərzində gah azalıb, gah artıb.

Kosmos-2519 iyunun 23-ü (2017-ci il) havaya buraxılıb. Orbitə buraxılışdan iki ay sonra ondan Kosmos-2521 inspektor peyki ayrılıb.

2017-ci ildə Rusiya kosmik qüvvələri manevr edə bilən Kosmos-2521 aparatının uğurlu sınağını həyata keçirib. Qatil-peyk adlandırılan bu aparatlar təkcə müşahidə aparmağa deyil, eyni zamanda hədəf seçilmiş peyki zərərsizləşdirməyə imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru