Tehran dollarla ticarətdən imtina edir:"ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək istəyir"

11-04-2018, 00:22           

Bu ildən başlayaraq İran xarici ticarəti yalnız avro ilə aparacaq.

Bu barədə İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib.

Onun sözlərinə görə, ABŞ İran iqtisadiyyatını sanksiyalarla zəiflətmək istəyir: “Amma İran artıq ABŞ dolları ilə ticarəti davam etdirmək niyyətində deyil”.

Seyfi İranda valyuta bazarında yaranan qeyri-sabit vəziyyətin təqsirkarının ABŞ olduğunu bildirib.

Qeyd edək ki, İranın valyuta bazarında dollar və avronun satış qiyməti kəskin şəkildə bahalaşıb/Teleqraf.com.
teref.az oaraq əldə etdiyimiz məlumata görə rəsmi Moskva və Ankarada bu aksiyaya qoşulb, dollardan imtina edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.