İran Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəyəcək

19-05-2018, 22:05           

Haaqa Beynəlxalq Məhkəməsi İranın Birləşmiş Ərəb Əmirliklərinə 18 milyard dollar cərimə ödəməsi barədə qərar qəbul edib.



Bunu İranın Nəcəfabad şəhərindən olan deputat Əbülfəzl Əbu Turabi ölkədə çıxan “Şərq” qəzetinə müsahibəsində bildirib.



İranın Neft Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi isə bildirib ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə rəsmi Tehran Birləşmiş Ərəb Əmirlikərinin “Crescent Petroleum” neft-qaz şirkəti ilə imzalanan müqaviləni pozub.



İran Milli Neft Şirkəti ilə “Crescent Petroleum” arasında müqavilə 2001-ci ildə imzalanıb. Müqavilə şərtlərinə əməl etmədiyi üçün şirkət İranı məhkəməyə vermişdi. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru