Şahzadə Harri ilə Meqan Markl nikah bağlayıblar – Foto

20-05-2018, 00:00           

Vindzor sarayında britaniyalı şahzadə Harri və amerikalı aktrisa Meqan Marklın toyu baş tutub.

Oxu.Az-ın xəbərinə görə, mərasimdə 2,6 min qonaq iştirak edib.

Onların arasında müğənni Elton Con, amerikalı aparıcı Opra Uinfri, tennis ustası Serena Uilyams, aktyor Corc Kluni, Viktoriya və Devid Bekhemlər, həmçinin kral ailəsinin üzvləri olub.

Mayın 19-u səhər saatlarında kraliça II Elizabet şahzadə Harriyə Sassek hersoqu titulunu verib.

Aktrisa kino karyerasından imtina edəcək və Britaniya vətəndaşlığını alacaq.

Qeyd edək ki, şahzadə Harri Britaniya taxt-tacına növbədə beşincidir. Onun Marklla münasibətləri barədə 2016-cı ilin oktyabrında məlum olub.


























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru