"Altılıq” və İranın birgə komissiyasının iclası ABŞ-sız keçiriləcək

25-05-2018, 08:17           

Vyanada mayın 25-də nüvə sazişinin icrasına nəzarət edən “altılıq” ölkələri və İranın birgə komissiyasının növbəti iclası keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toplantı ilk dəfə olaraq ABŞ-ın iştirakı olmadan keçiriləcək.



Komissiyanın sonuncu iclası Vyanada martın 16-da keçirilib. Qeyd olunan komissiya Birgə Hərtərəfli Fəaliyyət Planının icrasını yoxlamaq səlahiyyətinə malik yeganə qurumdur.



“Bildiyiniz kimi, prezident Tramp ABŞ-ın həmin sazişdən çıxmasına dair qərar verib. Çünki bu saziş ABŞ-ın milli maraqlarının qorunmasını təmin edə bilmədi. Bu səbəbdən də ABŞ birgə komissiyanın tərkibində təmsil olunmayacacaq”, - deyə ABŞ Vyanadakı daimi nümayəndəliyindən bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru