Suriyada gecə hücumu: rus hərbçilər öldürüldü

27-05-2018, 15:19           

Suriyada terrorçuların acıdığı atəş nəticəsində 4 rus əsgəri həlak olub, daha 3 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb.

“Suriyada yaraqlıların açdığı atəş nəticəsində rus əsgərləri həlak olub. Deyr əz-Zor bölgəsində gecə vaxtı terrorçuların bir neçə mobil dəstəsi Suriya ordusunun artilleriya batareyasına hücum ediblər. Suriya ordusunun artilleriya batareyasının atəşinə rəhbərlik edən 2 rus hərbi məsləhətçi yerindəcə həlak olub. Daha 5 rus hərbçi yaralanıb və dərhal ətrafdakı hərbi hospitala çatdırılıblar”, - MN məlumatında deyilib.

Həkimlərin səyinə baxmayaraq, yaralılardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, döyüş 1 saat ərzində davam edib. 43 terrorçu öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru