NATO-nun Rusiyaya tələsi: Qafqaza girir - Morozov

27-05-2018, 17:30           

NATO Rusiyaya təzyiq göstərmək üçün namizəd ölkələrə qoyduğu tələbləri poza və Gürcüstanı alyansa üzv qəbul edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Oleq Morozov deyib.

“Bu, heç bir halda Gürcüstanın iradəsindən asılı deyil. Bildiyimiz kimi, NATO alyansa ərazi problemləri və həll olunmamış hərbi münaqişələri olan ölkələri üzv qəbul etmir. Dünyadakı sonuncu tendensiyaları nəzərə alsaq, Rusiyaya əlavə təzyiq göstərmək üçün buna göz yuma bilərlər. Rusiyaya daha çox təzyiq göstərmək istəyirlərsə, o zaman bunu edəcəklər”, - Morozov bildirib.

Xatırladaq ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ölkəsinin 2021-ci ildə NATO-ya üzv olacağına ümid etdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru