Benzinin qiyməti 7-ci dəfə bahalaşdı

27-05-2018, 20:19           

Dünya bazarında xam neftin qiymətinin qalxması ilə əlaqədar olaraq Çində yanacağın pərakəndə satış qiyməti bu il ərzində yeddinci dəfə artırılıb.

teref.az AzərTAc-a istinadən xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyası benzinin və dizel yanacağının hər tonunun qiymətinin müvafiq olaraq 260 yuan (40,7 ABŞ dolları) və 250 yuan (39,4 dollar) artırılması barədə qərar qəbul edib. Bu, Çində cari ildə həm də ən böyük qiymət artımıdır.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru