İranda xaos: etirazçılar yolu bağladı, polisdən hücum

28-05-2018, 00:00           

İranın müxtəlif şəhərlərində yük maşınları sürücülərinin keçirdiyi etiraz aksiyalarına Güney Azərbaycan şəhərlərinin sürücüləri də qoşulub.

Axar.az xəbər verir ki, Təbriz, Sulduz, Qoşaçay, Tikantəpə, Ərdəbil, Azərşəhr, Məlikan və digər Azərbaycan şəhərlərindən olan sürücülər aksiyalara qoşularaq, maşınların ehtiyat hissələri və yanacağın baha olmasına, sığorta haqlarının artırılmasına etiraz ediblər.

Məlikanda sürücülər bir neçə yolu bağlayaraq, avtomobillərin hərəkət etməsinə icazə verməyib. Məlumata görə, polis əməkdaşları etirazçılara hücum edərək, onları dağıtmağa çalışıb. Etirazçılardan bir neçəsinə güc tətbiq olunduğu bildirilir.

Qoşaçay şəhərində keçirilən aksiyada da polisin müdaxiləsi və oxşar hadisənin yaşandığı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru