Makron qeyri-leqal immiqranta vətəndaşlıq verir: körpəni xilas etdiyinə görə (VİDEO)

28-05-2018, 21:00           
Makron qeyri-leqal immiqranta vətəndaşlıq verir: körpəni xilas etdiyinə görə (VİDEO)
Fransada ötən həftə 4 mərtəbəli binanın balkonunda yıxılmaq təhlükəsi ilə üzləşən uşaq gənc tərəfindən xilas edilmişdi.
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, 22 yaşlı Mamudo Qassama adlı gənc videonun sosial şəbəkədə geniş yayılmasından sonra “Parisin hörümçək adamı” ləqəbini qazanıb. Bu gün prezident Emmanuel Makron Fransada qeyri-leqal yaşayan Qassama ilə görüşüb. Makron bildirib ki, gəncə Fransa vətəndaşlığı veriləcək və yanğınsöndürmə xidmətinə cəlb edilə bilər.
Anti-faşist fəaliyyəti ilə bilinən “SOS Racisme” təşkilatı hadisəyə münasibət bildirib: “Mamodu Qassama bizə qeyri-leqal immiqrantların da insan olduğunu, böyük cəsarətə sahib ola biləcəyini sübut etdi. Onlar bunu Avropaya təhlükəli səyahətlərində, həmçinin Avropada sübut etməyə davam edirlər”.
Qeyd edək ki, ötən şənbə 4 yaşlı uşaq balkondan asılı qalaraq yıxılmaq təhlükəsi ilə üzləşmiş, Qassama həyatını təhlükəyə ataraq azyaşlını xilas etmişdi.
[media=https://www.youtube.com/watch?time_continue=8&v=zt6Nerktik8]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru