Facebook gələn il Rusiyada bağlana bilər

29-05-2018, 10:27           
Facebook gələn il Rusiyada bağlana bilər
"Roskomnadzor"un rəhbəri Aleksandr Jarkov bu il sosial şəbəkələrin Rusiya qanunlarına riayət edib-etmədiyi ilə balı yoxlamaların keçiriləcəyini deyib.

Trend-in məlumatına görə, sosial şəbəkələrin bağlanması gündəmdə olmasa da, yoxlama böyük cərimələr tətbiq edə bilər.

Bildirilir ki, Rusiya qanunlarına məhəl qoymayacağı halda, gələn il bağlanma məsələsinə baxıla bilər.

A.Jarov deyib ki, bu gün Facebook-un ən böyük problemi düzgün olmayan xəbərlərin geniş yayılmasıdır: "Biz cərimə edə bilərik, uzağı yalan xəbər yayan bir-iki səhifəni bağlatdıra bilərik. Bu, ciddi məsələdir. Ya onlar bunun hansısa həll yolunu tapmalı, ya da müqaviləyə birtərəfli qaydada xitam verilməlidir".

Qeyd edək ki, bu ilin aprelində Dövlət Duması yalan və yoxlanılmamış informasiyaların yayılmasına görə 50 milyon rubl cərimə tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru