HƏMAS İsraillə atəşkəs rejiminin bərpa olunduğunu elan edib

30-05-2018, 11:35           
HƏMAS İsraillə atəşkəs rejiminin bərpa olunduğunu elan edib
Qəzza zolağını idarə edən HƏMAS hərəkatı İsraillə atəşkəs rejiminin bərpasına dair razılıq əldə etdiklərini bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb.

Sənəddə bildirilib ki, çoxsaylı vasitəçiliyin səyi ilə qarşlıqlı olaraq, Qəzza zolağında atəşkəs rejiminə qayıtmaq haqqında razılıq əldə edilib.

İsrail tərəfi məsələni hələ ki, təsdqiləməyib. Ancaq bu yaxınlarda ölkə rəsmiləri gərginliyin azaldılmasını istədiklərinin dəfələrlə vurğulayıblar.

Qeyd edək ki, mayın 29-da İsrail hərbçiləri Qəzza zolağına və Həmas isə İsrail ərazisinə raket zərbələri endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru