Fransa prezidenti ABŞ-ın polad və alüminium idxalına rüsumunu qeyri-qanuni adlandırıb

1-06-2018, 08:28           
Fransa prezidenti ABŞ-ın polad və alüminium idxalına rüsumunu qeyri-qanuni adlandırıb
Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Avropa, Kanada və Meksikadan polad və alüminium idxalına rüsum tətbiq edilməsini qanunsuz adlandırıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.

Bildirilir ki, Makron rüsumların tətbiqini səhv adlandırıb. Fransa prezidenti həmçinin əlavə edib ki, ABŞ-ın hərəkətlərindən təəssüflənir.

Daha əvvəl ABŞ iyunun 1-dən Kanada, Meksika və Avropadan alüminium və polad idxalına rüsum tətbiq olunduğunu elan edib.

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bəyan edib ki, Avropa Birliyi əks tədbirlər görəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru