Danimarkalı polis suriyalı uşaqla oynadı, dünyada məşhur oldu FOTOLAR
11-09-2015, 22:02
Danimarkaya gələn qaçqınlar arasındakı suriyalı qız ilə oynayan polis məmuru bütün dünyada məşhurlaşıb.
Danimarkada Padborq şəhəri yaxınlarında, suriyalı qaçqınların toplaşdığı ərazidə balaca qız ovcunda bir şey gizlədərək polisə yaxınlaşıb və ona "tap görüm hansı əlimdədir" deyib. Polis isə mehriban davranaraq onunla oynamağa başlayıb. Musavat.com-un xarici mətbuata istinadən verdiyi xəbərə görə polislə qızın fotosu dünya mətbuatında və sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Xəbərlərdə o da deyilir ki, danimarkalı polisə dünyanın bir çox yerlərində yaşayan qadınlar tərəfindən evlilik təklifləri gəlməyə başlayıb.