Kəbədəki faciə barədə qeyri-adi iddia: 65 ölü, 154 yaralı - Video

11-09-2015, 22:58           
Kəbədəki faciə barədə qeyri-adi iddia: 65 ölü, 154 yaralı - Video
Kəbədə Ümrə ziyarəti zamanı güclü partlayış baş verib, çoxlu sayda ölən var. APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün cümə namazından sonra zəvvarlar Ümrə ziyarəti həyata keçiriblər. Bu zaman güclü yağış başlayıb və qəfildən partlayış səsi eşidilib. Jurnalist səsin ildırım səsinə bənzədiyini deyib. Partlayışdan sonra Kəbənin içərisində güclü dağıntı baş verib. Dağıntılar altında çoxlu sayda insanın qaldığı bildirilir.
***
İlk anda partlayış kimi anlaşılan dağıntının əslində kranın aşmasından baş verdiyi üzə çıxıb. Axar.az türk mediasına istinadla xəbər verir ki, müqəddəs torpaqlarda saat 17:00-dan başlayan fırtınanın ardınca dolu yağıb. Şiddətli yağış təxminən 30 dəqiqə davam edib. Küçələri su basıb. Kəbədə isə qaldırıcı kranın aşması nəticəsində dağıntı baş verib. İlkin məlumata görə, dağıntı altında qalanlardan 20 nəfər həyatını itirib. Azərbaycan vətəndaşları arasında zərərçəkən yoxdur. Apa-nın məlumatına görə, Azərbaycandan Məkkəyə gedən azərbaycanlı zəvvarlar Mədinədə mehmanxanalara yerləşdirilib.
22:10 "Röyters" agentliyi Səudiyyə Ərəbistanı Mülki Müdafiə qaynaqlarına istinadla, Məkkədəki faciədə ən azı 65 nəfərin öldüyünü, 154 nəfərin isə yaralandığını bildirib.
22:42 "Rossia Today" kranın ildırım düşməsi nəticəsində aşdığını əks etdirən foto yayımlarıb.
teref.aznun əldə etdiyi məlumata görə zərərçəkənlərin içində türk zəvvarları var!
[media=https://www.youtube.com/watch?v=ajKEggtAgKs]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.