Məkkədə yanğın baş verdi

17-09-2015, 21:09           

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki oteldə yanğın baş verib.

Səudiyyə Ərəbistanı Mülki Müdafiə Xidmətinin əməkdaşları Məkkədə yanğının baş verdiyi mehmanxanadan 1028 asiyalı zəvvarı təxliyə ediblər.

teref.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “əl-Əxbəriyyə” telekanalına həcc ziyarəti zamanı təhlükəsizliyə görə cavabdehlik daşıyan Mülki Müdafiə Xidmətinin rəsmisi Abdulla əl-Harisi bildirib.
Onun sözlərinə görə, Məkkədə zəvvarların qaldığı mehmanxanalardan birində yanğın barədə siqnal cümə axşamı səhər daxil olub.
“Yanğın yerinə 6 xilasetmə komandası göndərilib. Onlar tez bir vaxtda mehmanxanada qalan bütün zəvvarları sürətlə təxliyə ediblər” - deyə əl-Harisi bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.