Belarus prezidenti Rusiyaya qəzəbləndi

17-07-2018, 17:02           
Belarus prezidenti Rusiyaya qəzəbləndi
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya qəzəblənib. Prezidenti qəzəbləndirən Rusiyanın qadağan edilən malların siyahısı ilə bağlı açıqlaması olub.

Cebhe.info xəbər verir ki, Lukaşenko məsələni gömrük Komitəsinin sədri Yuri Senko ilə müzakirə edib.

"Bu, bizim üçün başağrısıdır. Rusiyanın xeyrinə iş görürük. Burada isə gömrükçülər başqa söz deyir, orda axı həmişə dava gedir, kimsə nəsə sifariş edir. Onlar da bizə iddia irəli sürməyə başlayırlar. Bizə minnətdar olmaqdansa, sanksiya altındakı mallarla bağlı pis işlədiyimizi deyirlər",- deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, qadağan edilən məhsulların daşınması ilə Rusiya şirkətləri məşğul olur ki, onların da arxasında paqonlular dayanır: "Bu haqda utanmadan danışmaq lazımdır. Gömrükçülərlə danışmaq yox, hokuməti və prezidenti məlumatlandırmaq lazımdır. Qoy onlar özləri aydınlaşdırsın. Mən Putinə bu barədə tez-tez deyirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru